Şahruddin Məhəmmədəliyev “Qarabağ”dan getdi
06.09.2023 - 13:36
Azərbaycan milli komandasının və “Qarabağ”ın qolkiperi Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyə davam etdirəcək.
Apasport.az yerli mətbuata istinadən məlumat verir ki, 29 yaşlı qapıçı “Adana Dəmirspor”la anlaşıb.
O, bu kluba azad agent kimi yollanıb. Türkiyə təmsilçisi Ağdam klubunun futbolçusu ilə 2+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Məhəmmədəliyev 2016-cı ilin yanvarından “Qarabağ”da oynayırdı. O, Ağdam klubunun heyətində 131 oyuna çıxıb və 92 qol buraxıb.
0
0