Əliyar Ağayevin təyinatı Yunanıstanda narazılığa səbəb oldu - FOTO
28.02.2023 - 20:28
Əliyar Ağayevin təyinatı Yunanıstanda narazılığa səbəb oldu - FOTO

Azərbaycanlı FIFA referisi Əliyar Ağayevin Yunanıstan Kubokunun yarımfinal mərhələsinə təyinatı narazılıqla qarşılanıb.

Apasport.az xəbər verir ki, "Olimpiakos" və AEK arasında keçiriləcək cavab oyununa təyinat alması meydan sahiblərini narazılığına səbəb olub.

Pirey təmsilçisinin vitse-prezidenti Kostas Karapapas bununla bağlı özünün sosial şəbəkə səhifəsində paylaşım edib: "Nəhayət, federasiya səsimizi eşitdi və oyunumuza böyük çempionatdan hakim təyin etdi. Bəllidir ki, Azərbaycan öz çayından başqa, La Liqa, Premyer Liqa, Bundesliqa, Seriya A və Liqa 1 ilə birlikdə dünyanın ən yaxşısı sayılan çempionatı ilə də məşhurdur! Niyə də yox?!".

Qeyd edək ki, sözügedən qarşılaşma martın 1-də olacaq.

writer photo
Əlirza Əlirzalı
0