18 ildən sonra gələn İSTEFA
04.09.2022 - 11:09
18 ildən sonra gələn İSTEFA

İngiltərə Premyer Liqasında son 18 ildə ilk dəfə avqustda baş məşqçi istefaya göndərilib.

Apasport.az saytının məlumatına görə, bu, “Bornmut”un baş məşqçisi Skott Parkerin başına gəlib.

Çempionatın IV turunda “Liverpul”a 0:9 hesablı məğlubiyyətdən sonra vəzifəsindən ayrılan Parker 2004/05 mövsümündən bəri ilk dəfə avqustda istefaya göndərilən mütəxəssis olub.

Avqustda klubundan ayrılan Premyer Liqa çalışdırıcıları:
1993/94. Piter Rid (“Mançester Siti”)
1998/99. Kenni Dalqliş (“Nyukasl”)
1999/2000. Ruud Qullit (“Nyukasl”)
2004/05. Pol Sturrok (“Sauthempton”) və Bobbi Robson (“Nyukasl”)
2022/23. Skott Parker (“Bornmut”).

writer photo
Əlirza Əlirzalı
0