Lautaro Martinesə Premyer Liqadan təklif
15.10.2022 - 18:45
Lautaro Martinesə Premyer Liqadan təklif

“İnter”in hücumçusu Lautaro Martines karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı forvardın xidmətində “Mançester Yunayted” maraqlıdır.

Premyer Liqa təmsilçisi “neradzurra”dan mümkün transfer barədə məlumat istəyib. Martines özü hazırda bütün diqqətini milanlıların matçlarına cəmləyib və transfer təkliflərini nəzərdən keçirmir.

Qeyd edək ki, Lautaro Martines 2018-ci ildən “İnter”də çıxış edir. O, bu mövsüm A seriyasında keçirdiyi 9 oyunda 3 qol vurub, 1 assist edib.

writer photo
Əlirza Əlirzalı
0