Arif Əsədov: “Qarabağ” səfərdə də qalib gəlməyə qadir komandadır”
30.11.2023 - 16:06
Arif Əsədov: “Qarabağ” səfərdə də qalib gəlməyə qadir komandadır”

"Qarabağ" rəqibə baxanda daha təcrübəlidir, daha texnikalı və sürətli futbolçuları var".

Bu sözləri apasport.az-a açıqlamasinda millimizin sabiq məşqçisi Arif Əsədov bu gün baş tutacaq "Qarabağ"ın "Molde"ilə səfər oyunu barədə danışarkən deyib.

Mütəxəssis Azərbaycan çempionunun bəzi çətinliklərlə üzləşdiyini, lakin şansının yüksək olduğunu düşünür: "Təbii ki,  "Qarabağ"ı çətin oyun gözləyir. Nəzərə alaq ki, rəqib son iki oyunda qalib gəlib, ruh yüksəkliyi var. Mənfi tərəflər, "Qarabağ"a təsir edən cəhətlər var ki, bunlarr meydan amili və hava şəraiti ola bilər. Amma "Qarabağ"ın üstün tərəfləri var. Məsələn, daha təcrübəlidir, daha sürətli futbolçuları var. “Qarabağ” səfərdə də qalib gəlməyə qadir komandadır. Bütün bunları nəzərə alsaq, fikrimcə komandamız səfərdən xalla dönə bilər".

53 yaşlı mütəxəssis bu gün qazanılacaq 1 xalın komandamızın pley-off şansına təsir edəcəyi qənaətindədir: "Təbii ki, Norveçdə qazanılan xal "Qarabağ"ın növbəti mərhələyə çıxmağını 80 faiz təmin edə bilər. Bu oyundan çox şey asılıdır. Ən azı 1 xal qazanmaq bəs edir".

Qeyd edək ki, bu gün reallaşacaq "Molde" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0