Millətlər Liqası: İngiltərə, Yunanıstan və Sloveniyadan qələbə - YENİLƏNİB
14.10.2024 - 00:41
Millətlər Liqası: İngiltərə, Yunanıstan və Sloveniyadan qələbə - YENİLƏNİB

Bu gün Millətlər Liqasında II dövrə start götürüb.

Apasport.az xəbər verir ki, 5 qrupda 8 qarşılaşma keçirilib.

Avstriya Norveçlə vacib duelə çıxıb. "Qartallar" 5:1 hesablı qələbəyə sevinib.

İngiltərə Finlandiyanın qonağı olub. "Üç aslan" görüşdən qələbə ilə ayrılıb - 3:1.

Yunanıstan isə İrlandiyanı qəbul edib. Komanda 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, IV tura oktyabrın 15-də yekun vurulacaq.

Millətlər Liqası
IV tur, 13 oktyabr

B liqası, II qrup
20:00. Finlandiya – İngiltərə 1:3
22:45. Yunanıstan – İrlandiya 2:0

B liqası, III qrup 

17:00. Qazaxıstan - Sloveniya 0:1
22:45. Avstriya – Norveç 5:1

C liqası, IV qrup
20:00. Ermənistan – Şimali Makedoniya 0:2
22:45. Farer adaları – Latviya 1:1

D liqası, I qrup
20:00. Lixtenşteyn – Cəbəllütariq 0:0

D liqası, II qrup
20:00. Malta – Moldova 1:0

writer photo
Əlirza Əlirzalı
0