“Barselona” - “Real”: KİM ŞANSLIDIR?
05.04.2023 - 15:21
İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Barselona” - “Real” görüşünün əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları öz meydanında mübarizə aparacaq Kataloniya təmsilçisini matçın favoriti sayırlar.
Bu gün Barselonada baş tutacaq matçda eyniadlı klubun qələbəsi 2,42, “Real”ın uğuru 3,09 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,60 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
0
0