"İndiki liqanın səviyyəsi daha yüksəkdir. Komandada bəzi oyunçular var ki, La Liqada, Sequnda da oynayıblar”.
Bunu apasport.az saytına azərbaycanlı futbolçu Nazim Məmmədzadə deyib.
Bir neçə gün öncə İspaniyanın 5-ci liqa klubundan 4-cü liqada yarışan "Marino Luanko"ya keçən həmyerlimiz bildirib ki, əsas hədəfi daha yüksək çempionatlarda oynamaqdır: “Mənimlə daha yuxarı liqa klublarından maraqlananlar var, ya yox, xəbərim yoxdur. Yaya qədər burada yaxşı mövsüm keçirsəm, İspaniya üçüncü liqasında da oynamaq şansım olar. "Marino"dakılar Azərbaycan futbolunu tanıyır, məlumatları var. Çünki “Qarabağ"dan ayrıldıqdan sonra Miçel gəlib bu klubda oynayıb. Onun əvvəllər Ağdam klubunda da oynadığını bilirdilər. Miçel karyerasını məhz bu komandada bitirib. İspaniyaya gəldiyim vaxtdan mənə maraq artıb. Amma Azərbaycandan heç bir klub mənimlə maraqlanmayıb".