Moyze Kin cəzalandırıldı
08.08.2022 - 22:31
Moyze Kin cəzalandırıldı

“Yuventus”un futbolçusu Moyze Kin heyətdən kənarlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi hücumçuya belə cəza tətbiq edib.

Buna onun oyunlardan birinə gecikməsi səbəb olub. Moyzenin əvəzinə hücum xəttinə Matias Soul cəlb edilib.

Qeyd edək ki, 2011-19-cu illərdə “Yuventus”da olan hücumçu üç il öncə “Everton”a keçib. Bir ildən sonra PSJ-yə icarəyə verilən forvard ötən yay “Yuventus”a qayıdıb. Onun icarə müddəti iki ili əhatə edir.
 

writer photo
Əlirza Əlirzalı
0