“Nyukasl”dan 29 milyonluq təklif
22.08.2022 - 23:17
“Nyukasl”dan 29 milyonluq təklif

“Nyukasl” hücum xəttini gücləndirmək üçün axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Joao Pedronun xidmətində maraqlıdır.

“Uotford”un 20 yaşlı hücumçusu ilə bağlı danışıqlar davam edir. Nyukasl təmsilçisi 29 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Pedro Premyer Liqada ötən mövsümün 28 matçında 3 qol vurub. 
 

writer photo
Əlirza Əlirzalı
0