"Real Madrid"də Vinisiusa şok cəza
05.03.2024 - 11:24
"Real Madrid"də Vinisiusa şok cəza

"Real Madrid"in hücumçusu Vinisius Junior "Valensiya" (2:2) ilə matçda hakimi tənqid etdiyinə görə ciddi cəza ilə üzləşə bilər.

Apasport.az "Mundo Deportivo"ya istinadla məlumat verir ki, braziliyalı ulduz hakimlərə ünvanlanan sözlərə görə diskvalifikasiya ilə qarşılaşa bilər.

Mənbə qeyd edir ki, onun sözləri ilə bağlı İspaniya Futbol Federasiyasına şikayət göndərilərsə, Vinisius cəzalandırıla bilər.

İntizam məcəlləsinə əsasən, Vinisius 4 oyundan 12 matçadək diskvalifikasiya, həmçinin cərimə ilə üzləşə bilər.

writer photo
Əlirza Əlirzalı
0