Müqaviləsi bu yay başa çatacaq futbolçuların rəmzi komandası açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “transfermarkt”in tərtib etdiyi “11-lik”də mövsümün sonunda azad agent statusuna yiyələnəcək ulduzlar toplanıb.
Bu komandanın ümumi bazar qiyməti 349 milyon avro ilə dəyərləndirilir. “11-liy”in hücum xəttində Lionel Messi və Kərim Benzema da yer alıb.
Qapıçı: David de Xea (“Mançester Yunayted”, 15 milyon avro);
Müdafiəçilər: Aleks Qrimaldo (“Banfika”, 25 milyon avro), Evan Ndika (“Ayntraxt”, 32 milyon avro), Milan Şkrinyar (“İnter”, 60 milyon avro), Nelson Semedu (“Vulverhempton”, 15 milyon avro);
Yarımmüdafiəçilər: Adrien Rabio (“Yuventus”, 30 milyon avro), Daiçi Kamada (“Ayntraxt”, 30 milyon avro), Yuri Tilemans (“Lester”, 30 milyon avro);
Hücumçular: Markus Türam (“Borussiya” M, 32 milyon avro), Kərim Benzema (“Real”, 35 milyon avro), Lionel Messi (PSJ, 45 milyon avro).