“Ronaldo hələ də “heyvandır”, amma...”
28.08.2022 - 16:19
“Ronaldo hələ də “heyvandır”, amma...”

Portuqaliyalı tanınmış jurnalist Rikardo Lestre “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun niyə klub tapa bilmədiyini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Lestrenin fikrincə, əsas səbəblərdən biri 37 yaşlı superulduzun yalnız bir neçə klubun ödəyə biləcəyi yüksək maaşdır.

O bildirib ki, Portuqaliya millisinin üzvü artıq əvvəlki kimi oynamır: “Ronaldonu inteqrasiya etmək üçün klubda çox şey dəyişməlidir. Onun oyunu müzakirəedilməzdir, lakin yüksək maaşı və yaşı riskdir. 37 yaşında Ronaldo hələ də “heyvandır”, amma bu artıq “Real”dakı Ronaldo deyil. O qədər sürətli deyil, oyununu artıq “oxumaq” olur”.

Jurnalist əlavə edib ki, Ronaldonun varlığı “Mançester Yunayted”in “kimyasını” dəyişir: “Onun yüksək maaşı, yaşı və zədə riskinin artması, həmçinin ehtiyatda qalacağı təqdirdə daxildə problemlər yaşanma ehtimalı klubları qorxudur. Buna görə də Kriştiano üçün “Mançester Yunayted”də qalmaq, liderliyini sübut etmək və yenidən qəhrəmana çevrilmək daha yaxşıdır”.

Qeyd edək ki, Kriştiano Ronaldonun “Mançester Yunayted”lə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0