"Mançester Siti"nin müdafiəçisi "Borussiya Dortmund"a keçəcək
24.07.2024 - 14:35
"Mançester Siti"nin müdafiəçisi "Borussiya Dortmund"a keçəcək

İngiltərə Premyer Liqa təmsilçilərindən "Mançester Siti"nin futbolçusu "Borussiya Dortmund"un heyətinə qoşulacaq.

Apasport.az "Daily Mail"ə istinadən xəbər verir ki, hüquqları "Mançester Siti"yə məxsus olan Yan Kouto "Borussiya"ya satılacaq.

Ötən mövsüm “Jirona”da icarə əsasında çıxış edən müdafiəçi 38 matçda iştirak edib, 2 qol və 10 qol ötürməsi ilə yadda qalıb. 

“Mançester Siti” braziliyalını 4 il əvvəl cəmi 6 milyon avroya heyətinə qatıb. 

 

writer photo
Əlirza Əlirzalı
0