Kadi Borqes Braziliyaya yollana bilməməsinin səbəbini açıqladı
08.06.2022 - 15:49
Kadi Borqes Braziliyaya yollana bilməməsinin səbəbini açıqladı

“İstirahət etmək üçün günümüz çox olmasa da, az vaxtdan səmərəli istifadə etməyə çalışdıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borqes deyib.

Braziliyalı hücumameylli futbolçu klubun rəsmi saytına açıqlamasında bildirib ki, istirahət günlərində vətəninə qayıda bilməyib. Əvəzində o, Dubayda olub: “Həyat yoldaşım hamilə olduğu üçün Braziliyaya yollana bilməzdik. Çünki yol uzun müddətlidir. Bu səbəbdən istirahətimizin bir hissəsini Azərbaycanda keçirdik. Daha sonra 5 günlük Dubaya yollandıq və orada dincəldik. Ümumiyyətlə, hər şeydən razı qaldıq. İndi isə yeni mövsümün hazırlığını gözləyirik. Özümü toplanışa tam hazır hiss edirəm”.

Qeyd edək ki, Kadi Borqes 12 qolla Premyer Liqada 2021/22 mövsümünün bombardiri olub.

writer photo
Əlirza Əlirzalı
0