"Mançester Yunayted" yenidən 3-cü pillədə
16.04.2023 - 21:41
"Mançester Yunayted" yenidən 3-cü pillədə

İngiltərə Premyer Liqasında "Mançester Yunayted" yenidən 3-cü sıraya yüksəlib.

Apasport.az xəbər verir ki, XXXI tur çərçivəsində "qırmızı şeytanlar" səfərdə "Notinqem Forest"i məğlub edib.

Meydan sahiblərinin çərçivəyə 1 zərbə belə vura bilmədiyi görüşdə Antoni və Diequ Dalot "Mançester Yunayted"ə 2:0 hesablı qələbə qazandırıb.

Bu qələbədən sonra Erik ten Haaxın yetirmələri bu tur məğlub olan "Nyukasl"ı keçərək 3-cü sıraya yüksəlib.

writer photo
Əlirza Əlirzalı
0