Futzal üzrə Azərbaycan milli komandası bu gün DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Rumıniyanı sınağa çəkib (5:5).
Apasport.az xəbər verir ki, matçdan sonra millimizin baş məşqçisi Vitali Borisovun iştirakı ilə mətbuat konfransı keçirilib:
"Uşaqlar çox yaxşı oynadılar. Matç bizim nəzarətimiz altında keçdi. Rumıniya müdafiədən oynayırdı. Bütün oyunu öndə idik. Sadəcə təcrübəmiz çatmadı. Rumıniya say üstünlüyü ilə daha yaxşı oynayır. Komandada 80 faiz yeni oyunçularımız var. Oyunçulardan çox razı qaldım".
-Yeni younçulardan razı qaldız?
-Bəli. Hamıdan razı qaldım.
-Gənclərə çox şans verdiz. Qapıya gedən həlledici zərbələr Rövşən Hüseynli üçün əlçatmaz oldu...
-Bəlkə birinci qolu xilas edə bilərdi. Amma 5-4-ə oynayanda bir oyunçu artıq olur. Rövşəndən də razı qaldım. Rəqib say üstünlüyündə çox olanda, çətindir. Rövşənin səhvini görmədim. Amma analizə baxacam.
-Braziliyalılarla bağlı milliləşdirmə problemi var. Bu prosses davam etsə, bizi çətin dövr gözləyir? Çünki onlarsız çox çətin görünür...
-Bizdə də braziliyalıalr oynayırdı. Edu qırmızı vərəqəyə görə oynamadı, bir-iki nəfər də zədəli idi. Kimin sənədinin düz olub-olmadığını rəhbərlik bilir. Yenidən başlamaq lazımdırsa, vaxt aparacaq. Gənclərimiz azdır. Proses əlbəttə vaxt aparmalıdır.