Ziyeş "Qalatasaray"da qaldı
08.05.2024 - 14:54
Ziyeş "Qalatasaray"da qaldı

"Qalatasaray" futbol klubu mərakeşli futbolçusu Hakim Ziyeşlə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" ulduz futbolçunun müqaviləsində yer alan birdəfəlik transfer hüququndan istifadə edəcək.

İnsayder Fabritsio Romanonun "X" sosial şəbəkəsindəki paylaşımına görə, artıq "Çelsi" rəhbərliyi bu satış barədə razılıq məktubunu İstanbul təmsilçisinə göndərib.

Özünü Türkiyədə xoşbəxt hiss etdiyini bildirən mərakeşli futbolçu da bu barədə öz ölkəsinin mətbuatına açıqlama verib.

Belə ki, jurnalistin "Çelsi" yoxsa "Qalatasaray" sualını Ziyeş belə cavablandırıb:

"Çelsi"də əla vaxt keçirdim, yaxşı dostluqlar qazandım. İngiltərə və Türkiyədəki oyun anlayışları oxşardır, amma bəzi ciddi fərqlər də var. Türkiyədə insanlar tərəfindən böyük hörmət görürəm və bu hörmətin, sevginin qarşılığını meydanda vermək məcburiyyətini özümdə hiss edirəm. "Qalatasaray"a gəlməmişdən qabaq azarkeşlər barədə kiçik araşdırma aparmışdım. Droqba da mənə qətiyyətlə düşünmədən getməli olduğumu demişdi. Amma bu qədər sevgini, çılğınlığı mən də gözləmirdim. Burdakı insanlar həqiqətən futbolun nə demək olduğunu yaxşı bilirlər. Top ayağıma gələndə, stadiondan uğultu qopur. Bu sevgini hiss edirəm, burda həqiqətən xoşbəxtəm. İstanbulda qalmaq istəyirəm.

Xatırladaq ki, Hakim Ziyeş bu mövsüm bütün turnirlərdə "Qalatasaray" formasıyla çıxdığı 21 oyunda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0