Azərbaycan millisinin rəqibləri məlum oldu
28.02.2023 - 22:19
Azərbaycan millisinin rəqibləri məlum oldu

17 yaşadək qız həndbolçuların AVRO-2023 üçün püşkü atılıb.

Apasport.az Avropa Həndbol Federasiyasının (EHF) saytına istinadən xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada keçirilən püşkatma zamanı Avropa çempionatına vəsiqə qazana bilməyən komandaların öz aralarında keçirəcəkləri turnir (EHF çempionatı) üçün də püşkatma olub.

Azərbaycanın U-17 qızlar komandasının da rəqibləri bəlli olub. Millimiz A qrupunda Sloveniya, Litva, Gürcüstan, Bosniya və Herseqovina ilə qarşılaşacaq.
B qrupunda isə Farer adaları, İspaniya, Lüksemburq, Yunanıstan və İsrail yarışacaq.

Qeyd edək ki, turnirin bütün oyunları 5-13 avqust tarixlərində Azərbaycanda keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0