Artyom Dzyubanın yeni klubu bilindi
18.08.2022 - 16:05
Artyom Dzyubanın yeni klubu bilindi

Bir müddət əvvəl Azərbaycan klublarından təklif aldığı bildirilən rusiyalı futbolçu Artyom Dzyubanın yeni komandası bəlli olub.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı forvard karyerasını Türkiyədə davam etdirəcək.

Yerli mətbuat “Zenit”in sabiq oyunçusunun “Adana Dəmirspor”la müqavilə imzaladığını yazıb. Super Liqa təmsilçisinin idman direktoru Gökhan Gektürk gün ərzində keçidin rəsmiləşəcəyinə inandıqlarını deyib. O, müqavilənin 1+1 illik nəzərdə tutulduğunu söyləyib.

Dzyubanın Adana klubundakı illik maaşı 1,5 milyon avro olacaq.

writer photo
Əlirza Əlirzalı
0