Şahmatçımız “Dubai Open 2024”-də liderliyini qoruyub
31.05.2024 - 00:02
Şahmatçımız “Dubai Open 2024”-də liderliyini qoruyub

Azərbaycanlı şahmatçı Məhəmməd Muradlının “Dubai Open 2024”-də liderliyi davam edir.

Apasport.az xəbər verir ki, təmsilçimiz yarışın 6-cı turunu yarım xalla başa vurub.

Muradlı türkiyəli Yagiz Kaan Erdoğmuşla heç-heçə oynayıb. Hesabında 5 xal olan Məhəmməd ən yaxın izləyicisini yarım xal qabaqlayır.

Azərbaycanlı şahmatçıların duelində Gövhər Beydulayeva Eltac Səfərliyə uduzub. Rəvan Əliyev, Gülnar Məmmədova və Günay Məmmədzadə turu heç-heçə ilə başa vurublar. Xanım Balacayeva isə məğlubiyyətlə üzləşib.

writer photo
Əlirza Əlirzalı
0