Adrian Skarlatake: “Regekamfp “Neftçi”də uğur qazanacaq, lakin...” - MÜSAHİBƏ
20.01.2023 - 15:00
Adrian Skarlatake: “Regekamfp “Neftçi”də uğur qazanacaq, lakin...” - MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın sabiq rumıniyalı futbolçusu Adrian Skarlatakenin apasport.az saytına müsahibəsi 

- Rumıniyada “Mioveni”nin kapitanısınız. Hazırda işləriniz necə gedir? 
- Hər şey qaydasındadır. Hər halda, Rumıniya Superliqasında oynayıram. Ailəmin yanındayam. Onlarla birlikdə futboldan həzz alıram.

- Bu yaxınlarda Azərbaycan klublarından təklif almısınız? 
- Xeyr, heç bir klubdan təklif almamışam. Amma gəlsəydi, düşünərdim. Azərbaycanda özümü hər zaman çox yaxşı hiss edirdim. Orada çox yaxşı xatirələrim var. Hər zaman Azərbaycana qayıtmaqdan ötrü şad olaram.

- Yəqin ki, Azərbaycan Premyer Liqasını izləyirsiniz. Hazırda "Qarabağ" lider, "Sabah" ikinci, “Neftçi” isə üçüncüdür. Bu sizin üçün sürpriz deyilmi?
- Əlbəttə, Azərbaycan çempionatını daim izləyirəm. Hazırkı turnir cədvəli mənim üçün sürpriz deyil. Çünki “Sabah” güclü futbolçular transfer edir. Onların yaxşı baş məşqçisi və şəraiti var. Bu mənada, baş verənlər normaldır. “Qarabağ” və “Neftçi” isə həmişə yaxşı komandadır. 

- Keçmiş komandanız "Xəzər Lənkəran" hazırda fəaliyyət göstərmir, “Keşlə” adını “Şamaxı”ya dəyişib. “Zirə” avrokuboklar uğrunda mübarizə aparır. Hansı komanda sizin üçün daha maraqlıdır?
- Azarkeşlər üçün təəssüf ki, “Xəzər Lənkəran” hələ də aktiv deyil. Çempionat Lənkəran təmsilçisi ilə daha maraqlı olardı. “Şamaxı”da yaxşı komanda qurulur. “Zirə” isə çox mütəşəkkil komandadır, çünki Rəşad Sadıqov yaxşı və müasir məşqçidir. Bütün bu komandalar ürəyimdədir, çünki hər yerdə xoş anlar yaşamışam.

- Maraqlıdır ki, son vaxtlar Azərbaycan klubları rumıniyalı futbolçuları transfer etmir. Bunu nə ilə əlaqələndirirsən? Səncə, gəlmək istəmirlər, yoxsa Azərbaycan klublarına rumıniyalı futbolçu lazım deyil?
- Açığı, bu, mənim üçün də qəribədir. Çünki rumıniyalı oyunçular peşəkardırlar və yaxşı mentalitetə malikdirlər. Ümid edirəm ki, gələcəkdə Azərbaycan Premyer Liqasında daha çox rumın oynayacaq. Bu həm oyunçular, həm də çempionat üçün yaxşı olacaq. Rumıniyada hər zaman xalqınız və Azərbaycan çempionatı haqqında çox yaxşı danışıram.

- Futbolçular olmasa da, hazırda “Neftçi”nin baş məşqçisi rumıniyalıdır. Laurentsiu Regekamfın rəhbərlik etdiyi kollektiv hazırda ölkə çempionatında üçüncüdür. Həmçinin komanda ölkə kubokunun yarımfinalında çıxış edəcək. Həmyerlinizin ölkəmizdəki çıxışını necə dəyərləndirərdiz?
- Düşünürəm ki, Regekampa yaxşı komanda yaratmaq, çempionluq və avrokuboklar uğrunda mübarizə aparmaq üçün daha çox vaxta ehtiyaca var. O, çox yaxşı məşqçidir. Qurban Qurbanov lap əvvəllər yadıma gəlir. “Qarabağ”ı bu qədər yaxşılaşdırmaq üçün ona da vaxt lazım idi. Əcnəbi məşqçi kimi “Qarabağ”la mübarizə aparacaq komanda yaratmaq üçün zamana ehtiyac var, hansının ki, ən yaxşı oyunçuları və yaxşı maliyyəsi var. “Neftçi” üçün “Qarabağ”la mübarizə asan deyil. Bunu həm də Regekampfa şamil etmək olar. Düşünürəm ki, o, “Neftçi”də uğur qazanacaq, lakin ona daha çox vaxt lazımdır.

- Sizcə, Regekampf niyə rumıniyalı futbolçunu dəvət etmir?
- Düşünürəm ki, Regekampf rumın oyunçuları istəyir, amma ola bilsin ki, onların qiyməti bahadır və klubları transfer haqqı istəyirlər. O, "Styaua”da olarkən komandada bir çox rumıniyalı ilə Çempionlar Liqasının qruplarında çıxış edib. Ola bilsin ki, gələcəkdə Regekampf da “Neftçi”yə rumıniyalı futbolçuları gətirsin.

writer photo
Əlirza Əlirzalı
0