“Barselona”nın QARA SİYAHISI
23.10.2022 - 22:48
“Barselona”nın QARA SİYAHISI

“Barselona”nın mövsümün sonunda vidalaşacağı futbolçular bəlli olub.

Apasport.az saytının məlumatına görə, İspaniya təmsilçisi dörd təcrübəli oyunçusu ilə yollarını ayırmağı planlaşdırır.

Bunlar müdafiəçilər Jordi Alba, Jerar Pike, Serxi Roberto və yarımmüdafiəçi Serxio Busketsdir. Komandanın təcrübəli üzvləri Xavinin növbəti mövsüm üçün planlarına daxil deyil.

Qeyd edək ki, “Barselona” La Liqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0