“Mançester Yunayted” onunla danışıqlar aparır
17.06.2023 - 18:00
“Mançester Yunayted” onunla danışıqlar aparır

“Mançester Yunayted” Portuqaliyanın “Benfika” klubundan Qonsalo Ramosu transfer etmək üçün danışıqlar aparır.

Apasport.az saytı xəbər verir ki, ingilislər 21 yaşlı hücumçunun komandanı gücləndirəcəyinə inanır.

Portuqaliya təmsilçisi futbolçusuna 80 milyon funt-sterlinq qiymət qoyub. Danışıqları davam etdirən “qırmızı şeytanlar” qarşı tərəflə razılığa gələcəklərinə inanırlar. 

Qeyd edək ki, "Benfika"nın yetirməsi olan Ramos son mövsümdə 47 matçda meydana çıxaraq 27 qol vurub və 12 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0