“Fənərbaxça”da ciddi itki
05.11.2024 - 12:01
“Fənərbaxça”da ciddi itki

Türkiyə Super Liqa təmsilçilərindən “Fənərbaxça” ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Komandanın yarımmüdafiəçisi İrfan Can Kahveci sıradan çıxıb.

Super Liqanın XI turunun “Trabzonspor”la oyununda zədə alan yarımmüdafiəçi azı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

İrfan Avropa Liqasında “Alkmaar”, Super Liqada isə “Sivasspor” və “Kayserispor”la oyunları buraxacaq.

29 yaşlı futbolçu bu mövsüm 15 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0