Bəxtiyar Həsənalızadənin komandasının prezidentini həbs cəzası gözləyir
09.11.2023 - 20:01
Bəxtiyar Həsənalızadənin komandasının prezidentini həbs cəzası gözləyir

“Tuzlaspor” xoşagəlməz hadisə ilə gündəmə gəlib.

Apasport.az xəbər verir ki, Türkiyə 1-ci liqasında mübarizə aparan komandanın  prezidenti Mehmet Berzan İlhanlı qanunsuz şəkildə mərc oyunlarında iştirak etmək və çirkli pulları yumaqda ittiham olunur

Artıq məsələ ilə bağlı araşdırmalar başlanılıb. İlhanlının günahı sübuta yetirilərsə onu həbs cəzasının gözlədiyi bildirilir. 

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Bəxtiyar Həsənəlizadənin də formasını geyindiyi  “Tuzlaspor” 11 turdan sonra 8 xalla turnir cədvəlinin 17-ci pilləsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0