“Çelsi” 19 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzaladı
31.07.2023 - 09:19
“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az saytı xəbər verir ki, Premyer Liqa klubu “Renn”in gənc futbolçusu Çimuan Uqoçukvu ilə müqavilə imzalayıb.
19 yaşlı yarımmüdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb. Oyun üslubuna görə Fransa futbolunun əfsanələrindən Patrik Vieraya bənzədilən Uqoçukvunun başqa bir Fransa klubu “Strasbur”a icarəyə veriləcəyi bildirilir.
Qeyd edək ki, “Renn”in yetirməsi olan orta xətt oyunçusu 2021-ci ildən əsas komandanın şərəfini qoruyur.
0
0