“Qarabağ”a qarşı Leverkuzendə oynamışdıq. Rəqib orda əsl gücünü göstərə bilməmişdi”.
Apasport.az xəbər verir ki, bunu Almaniyanın “Bayer” klubunun qapıçısı Matey Kovarj “Qarabağ”la keçiriləcək oyun öncəsi Leverkuzendə keçirilən mətbuat konfransında deyib.
23 yaşlı çexiyalı qapıçı ötən turda Azərbaycan çempionunu böyük hesabla məğlub etmələrinə baxmayaraq, cavab görüşünə ehtiyatla yanaşdıqlarını gizlətməyib: "Burdakı 5:1 hesablı qələbəyə baxmayaraq, Bakıda bizi çətin mübarizə gözləyir. Buna baxmayaraq, qələbə qazanaraq, qrup birinciliyini təmin etmək istəyirik. Azərbaycanda gücümüzü göstərəcəyik”.
Bakıdakı matçda əsas heyətdə yer alacaq Kovarj Avropa Liqasında səfər matçlarının hər zaman ağır keçdiyini vurğulayıb: “Bu turnirdə qonaq qismində çıxış etmək çox çətin olur. Komandalar öz meydanlarında bütün güclərini ortaya qoyurlar. Ancaq Bakıdakı qarşılaşmada komandamın uğurlu nəticə əldə etməsi üçün çalışacam”.
Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq.