“Oyunçular məni ruhdan saldılar? Yox, biz birlikdəyik, işimizi birlikdə görürük. Birlikdə qalib gəlirik və uduzuruq".
Apasport.az xəbər verir ki, bunu "Mançester Yunayted"in baş məşqçisi Erik ten Hax deyib.
O, Premyer Liqanın XXVII turunda "Liverpul"a 0:7 hesabı ilə uduzduqları sarsıdıcı məğlubiyyətdən danışıb. Niderlandlı məşqçi bu məğlubiyyətin onlar üçün dərs olduğunu deyib:
"Uğursuzluqların olacağını bilirik. Öyrənilən bu dərs gələcəkdə bizə kömək edəcək. Həqiqətən də orta səviyyədən aşağı çıxış etdik. Biz kuboklar qazanmaq istəyirik və bundan sonra fərqli hərəkət etməliyik. Bazar günündən sonra böyük bir dərs aldıq. İndi isə irəliyə baxmaq imkanımız var".