AFFA klubları cəzalandırdı
16.11.2023 - 14:51
AFFA klubları cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Yığıncaqda qəbul olunan qərarları təqdim edirik:

Misli Premyer Liqasının XIII tur

11.11.2023-cü il tarixində Misli Premyer Liqasının XIII turunun “Neftçi” – “Sumqayıt” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);

11.11.2023-cü il tarixində Misli Premyer Liqasının XIII turunun “Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37);

11.11.2023-cü il tarixində Misli Premyer Liqasının XIII turunun “Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov qeyri-idman hərəkətinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun, həmçinin 19.09.2023-cü il tarixində təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilmiş 2 oyunluq şərti cəza üzərinə əlavə edilməkdə ümumilikdə 3 oyun cəzalanır, “Sumqayıt” klubu 1000 manat cərimə edilir (maddə 36.6, 32);

11.11.2023-cü il tarixində Misli Premyer Liqasının XIII turunun “Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);

 

II Liqa XI tur

13.11.2023-cü il tarixində II Liqanın XI turunun “Füzuli” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şahdağ Qusar” klubu 70 manat cərimə edilir (maddə 37);

13.11.2023-cü il tarixində II Liqanın XI turunun “Füzuli” – “Şahdağ Qusar” oyununun 90+4-cü dəqiqəsində “Şahdağ Qusar” klubunun 8 nömrəli futbolçusu Fərman Qənbərov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Şahdağ Qusar” klubu 50 manat cərimə edilir (maddə 36.5);

13.11.2023-cü il tarixində II Liqanın XI turunun “Qusar” – “Ağdaş” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qusar” klubu 100 manat cərimə edilir (maddə 72.4);

13.11.2023-cü il tarixində II Liqanın XI turunun “Kürmük Qax” –Lerik” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Kürmük Qax” klubu 100 manat cərimə edilir (maddə 72.4);

13.11.2023-cü il tarixində II Liqanın XI turunun “Dinamo” – “Şəfa” oyununda “Dinamo” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” klubu 70 manat cərimə edilir (maddə 37);

13.11.2023-cü il tarixində II Liqanın XI turunun “Dinamo” – “Şəfa” oyununun 41-ci dəqiqəsində “Dinamo” klubunun 1 nömrəli futbolçusu İbrahim Bağırov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Dinamo” klubu 80 manat cərimə edilir (maddə 41);

14.11.2023-cü il tarixində II Liqanın XI turunun “Cəbrayıl” – “Sheki City” oyununda “Sheki City” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sheki City” klubu 70 manat cərimə edilir (maddə 37);

14.11.2023-cü il tarixində II Liqanın XI turunun “Kür-Araz” – “Baku Sportinq” oyununun fasiləsində hakimin qərarına etiraz görə ikinci sarıdan qırmızı vərəqə almış “Kür-Araz” klubunun baş məşqçisinin köməkçisi Üzeyir Sefizadə matç başa çatdıqdan sonra hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanır, “Kür-Araz” klubu 400 manat cərimə edilir (maddə 43.4);

14.11.2023-cü il tarixində II Liqanın XI turunun “Göygöl” – “Şəmkir” oyununda “Göygöl” klubu matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);

 

 

Əvəzedicilər liqası XIII tur

11.11.2023-cü il tarixində Əvəzedicilər liqasının XIII turunun “Qarabağ-2” – “Səbail-2” oyununda “Qarabağ-2” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilir (maddə 37);

12.11.2023-cü il tarixində Əvəzedicilər liqasının XIII turunun “Neftçi-2” – “Sumqayıt-2” oyununda “Neftçi-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilir (maddə 37);

12.11.2023-cü il tarixində Əvəzedicilər liqasının XIII turunun “Neftçi-2” – “Sumqayıt-2” oyunu bitdikdən sonra “Neftçi-2” komandasının 37 nömrəli futbolçusu Elton Əlibəyli ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Neftçi-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);

12.11.2023-cü il tarixində Əvəzedicilər liqasının XIII turunun “Neftçi-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt-2” komandası 70 manat cərimə edilir (maddə 37).
 

writer photo
Əlirza Əlirzalı
0