Millimiz 7 top fərqilə məğlub olub
05.11.2024 - 00:47
Millimiz 7 top fərqilə məğlub olub

Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Apasport.az xəbər verir ki, yığmamız Zeniça şəhərində Bosniya və Herseqovina ilə qarşılaşıb.

Görüş millimiz üçün uğursuz alınıb. Vitali Borisovun yetirmələri 7 cavabsız top buraxıblar.

Qeyd edək ki, sabah komandalar arasında növbəti oyun keçiriləcək.

Beynəlxalq yoldaşlıq oyunu
4 noyabr
22:00. Bosniya və Herseqovina – Azərbaycan - 7:0

Qollar: Bilal Jeliç, 19:58, Adnan Kalajdiç, 25:31, 34:03, Josip Başkoviç, 28:15, Samir Qosto, 34:36, Srdan İvankoviç, 36:39, Dejan Pavloviç, 39:37
Hakimlər: Farik Keço, Vedran Marçinko, Nikola Tadiç
Bosniya və Herseqovina: 1. Darko Milanoviç (q), 7. Srdan İvankoviç, 8. Marijo Aladziç (k), 9. Josip Sesar, 11. Josip Başkoviç, 12. Amer Deliç (q), 2. Dejan Pavloviç, 3. Sejad İbrişimoviç, 4. Davor Arnautoviç, 5. Adnan Kalajdiç, 6. Dragan Edi Mariç, 10. Bilal Jeliç, 13. Amir Baruçij, 14. Samir Qosto
Baş məşqçi: Qoran Melher
Azərbaycan: 1. Emin Kürdov (q, k), 7. Xəzər Ağalızadə, 14. Ülvi Əliyev, 3. Nurlan Məmmədov, 9. Emil Həsənzadə, 12. Kamran Hacıyev (q), 2. İlham Alıyev, 4. Fərid Abbasov, 5. Eldar Zeynalov, 6. Mirzə Əmirov, 8. Murad Quluzadə, 10. Oktay Rüstəmli, 17. Seymur Məmmədov, 20. Tofiq Mikayılov
Baş məşqçi: Vitali Borisov
Zeniça. Huseyn Smayloviç adına Arena.

writer photo
Əlirza Əlirzalı
0