“Viktoriya”nın hücumçusu: “Qarabağ”la oyunlar mövsümün ən vacib iki dueli olacaq”
11.08.2022 - 11:08
“Viktoriya”nın hücumçusu: “Qarabağ”la oyunlar mövsümün ən vacib iki dueli olacaq”

“Dördüncü dəfə Çempionlar Liqasının qrupunda oynamağımız yaxındır, amma bir o qədər də uzaqdır”.

Apasport.az saytının məlumatına görə, bunu Plzen “Viktoriya”sının hücumçusu Yan Kliment Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyunlar barədə danışarkən deyib.

Çexiya millisinin forvardı Azərbaycan çempionunun güclü rəqib olduğunu bildirib. Ancaq 29 yaşlı oyunçu eyni zamanda 2011/12, 2013/14 və 2018/19 mövsümlərindən sonra dördüncü dəfə qrupda mübarizə aparmaq arzusunda olduqlarını da vurğulayıb: “Qarabağ”la oyunlar mövsümün ən vacib iki dueli olacaq. Hamımız qrupa düşməyi çox istəyirik. İki görüşün cəmində uğur qazanacağımıza ümid edirik”.

Qeyd edək ki, “Qarabağ”la “Viktoriya” arasında ilk oyun avqustun 17-də Bakıda, cavab görüşü isə ayın 23-də Plzendə keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0