AFFA klubları cəzalandırdı
13.12.2023 - 12:35
AFFA klubları cəzalandırdı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqası XVI tur

09.12.2023-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Qəbələ” – “Kəpəz” oyununun 49-cu dəqiqəsində “Qəbələ” klubunun 7 nömrəli futbolçusu Emil Səfərov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Qəbələ” klubu 500 manat cərimə edilir (maddə 36.5);

10.12.2023-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Sabah” – “Səbail” oyununda hesab tablosu işləmədiyinə görə “Sabah” klubuna xəbərdarlıq edilir (maddə 11);

10.12.2023-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Sabah” – “Səbail” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 1000 manat cərimə edilir (maddə 72.4);

10.12.2023-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Neftçi” – “Turan Tovuz” oyununda hesab tablosu işləmədiyinə görə “Neftçi” klubuna xəbərdarlıq edilir (maddə 11);

10.12.2023-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Neftçi” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);

Əvəzedicilər liqası XVI tur

09.12.2023-cü il tarixində Əvəzedicilər liqasında XVI turun “Zirə-2” – “Araz-Naxçıvan-2” oyununun 82-ci dəqiqəsində “Zirə-2” komandasının 55 nömrəli futbolçusu Ramin Abdullayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Zirə-2” komandası 50 manat cərimə edilir (maddə 36.5).

09.12.2023-cü il tarixində Əvəzedicilər liqasında XVI turun “Zirə-2” – “Araz-Naxçıvan-2” oyununda xərəkdaşıyanlar olmadığına görə “Zirə-2” komandası 80 manat cərimə edilir (maddə 74.1).

writer photo
Əlirza Əlirzalı
0