AFFA "Neftçi"ni 6000 manat cərimələdi
15.08.2024 - 12:43
AFFA "Neftçi"ni 6000 manat cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Apasport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 

İntizam Komitəsinin iclasında aşağıdakı qərarlar qəbul edildi:

9 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının II turunun “Qarabağ” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);

9 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının II turunun “Qarabağ” – “Kəpəz” oyununun 78-ci dəqiqəsində “Kəpəz” klubunun 8 nömrəli futbolçusu Elmir Tağıyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Kəpəz” klubu 500 manat cərimə edilir (maddə 36.5);
 
9 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının II turunun “Qarabağ” – “Kəpəz” oyununun 89-cu dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Kəpəz” klubuna xəbərdarlıq edilir (maddə 43.7);
 
10 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının II turunun “Araz-Naxçıvan” – “Şamaxı” oyununda hesab tablosu işləmədiyinə görə “Araz-Naxçıvan” klubu 500 manat cərimə edilir (maddə 99);
 
11 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının II turunun “Səbail” – “Neftçi” oyununda “Səbail” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” klubu 700 manat cərimə edilir (maddə 37);
 
11 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının II turunun “Səbail” – “Neftçi” oyunu bitdikdən sonra stadionda “Neftçi” klubunun azarkeşləri tərəfindən iğtişaş törədildiyinə görə “Neftçi” klubu 4000 manat cərimə edilir (maddə 51.5);  
 
11 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının II turunun “Səbail” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” klubunun 99 nömrəli futbolçusu Ervin Koffi azarkeşlərə kənar əşya atdığına görə 2 oyun cəzalanır, “Neftçi” klubu 2000 manat cərimə edilir (maddə 40.4);
 
12 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının II turunun “Turan Tovuz” – “Sumqayıt” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37);
 
5 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının I turunun “Zirə-2” – “Səbail-2” oyununda “Səbail-2” komandası limiti pozduğuna görə “Səbail-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Səbail-2” komandası 400 manat cərimə edilir (maddə 61.5);
 
10 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının II turunun “Qarabağ-2” – “Kəpəz-2” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Qarabağ-2” komandası 50 manat cərimə edilir (maddə 70.1);
 
10 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının II turunun “Qarabağ-2” – “Kəpəz-2” oyununda xərəkdaşıyan uşaqların say limiti pozulduğuna görə “Qarabağ-2” komandası 80 manat cərimə edilir (maddə 74.1);
 
10 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının II turunun “Qarabağ-2” – “Kəpəz-2” matçının oyunöncəsi iclasında “Kəpəz-2” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz-2” komandası 80 manat cərimə edilir (maddə 73.1);
 
11 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının II turunun “Səbail-2” – “Neftçi-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilir (maddə 37);
 
11 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının II turunun “Səbail-2” – “Neftçi-2” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Səbail-2” komandası 80 manat cərimə edilir (maddə 51.2);
 
12 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının II turunun “Sabah-2” – “Zirə-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah-2” komandası 70 manat cərimə edilir (maddə 37).

writer photo
Əlirza Əlirzalı
0