AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
12.09.2024 - 14:17
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan təyinat alıb.

Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində keçiriləcək “Jalgiris” (Litva) – TNS (Uels) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşmanı qazaxıstanlı baş hakim Rustam Omarov idarə edəcək.

Qeyd edək ki, Vilnüs şəhərində yerləşən LFF stadionunda təşkil olunacaq görüş sentyabrın 18-də baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0