"Çelsi" və "Atletiko" Liqa 1 ulduzunu istəyir
29.01.2024 - 16:13
"Çelsi" və "Atletiko" Liqa 1 ulduzunu istəyir

"Lill"in hücumçusu Conatan David yayda klubunu dəyişə bilər.

Apasport.az “telefoot”a istinadla xəbər verir ki, 24 yaşlı futbolçu ilə Londonun "Çelsi" və "Atletiko" klubları maraqlanır.

"Napoli" və "Milan" da kanadalı forvardın diqqətini çəkir.

Qeyd edək ki, Conatan David bu mövsüm "Lill"in heyətində 27 oyunda 11 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı müqaviləsi 2025-ci ilin ortalarında başa çatır. “Transfermarkt” portalı Doges ulduzunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

writer photo
Əlirza Əlirzalı
0