Taekvondoçularımız Prezident Kubokunda mübarizə aparacaqlar
27.04.2024 - 13:57
Taekvondoçularımız Prezident Kubokunda mübarizə aparacaqlar

Azərbaycanın qızlardan ibarət gənc taekvondoçuları Estoniyanın paytaxtı Tallində Prezident Kubokunda mübarizə aparacaqlar.

Apasport.az Azərbaycan Taekvando Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmanın baş məşqçiləri Məmməd Abdullayevlə Sun Mi Park yarışda Gülü Zamankı (42 kiloqram), Xuraman Cavadzadə, Humay Dadaşova (hər ikisi 44 kiloqram), Nilufər Borji (46 kiloqram), Seyidxanım Məmmədova (49 kiloqram), Sehri Cəlalova (55 kiloqram) və Bahar İbrahimovaya (63 kiloqram) şans verəcək.

Prezident Kubokunda ölkəmizi hakim qismində Gündüz Abdullayev təmsil edəcək.

İdmançılarımız aprelin 28-də görüşlərə start verəcək.

Komanda səfərə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədovun rəhbərliyi altında yollanıb.

Qeyd edək ki, Prezident kubokunda yeniyetmələrin mübarizəsində milli komandamız 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb.

writer photo
Əlirza Əlirzalı
0