“Fənərbaxça”nın gözü onda
20.12.2022 - 00:26
“Fənərbaxça”nın gözü onda

“Fənərbaxça” heyətinə daha bir futbolçu qatmağı planlaşdırır. 
 
Apasport.az saytının məlumatına görə, İstanbul nəhəngi Niderlandın “Alkmaar” klubundan Yusuf Barasini heyətə cəlb etməyə çalışır. 

Artıq “Fənərbaxça”nın skautları Türkiyənin gənclərdən ibarət milli komandasının da üzvü olan hücumçu ilə bağlı müsbət rəy də veriblər.

Qeyd edək ki, bu mövsüm əsas heyətdə 12 oyuna çıxan 19 yaşlı Barasi bir qol vurub. 
 

writer photo
Əlirza Əlirzalı
0