“Formula-1” üzrə Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) apasport.az saytına verilən məlumata görə, ötən illər ilə müqayisədə rekord rəqəmlər qeydə alınıb.
2023-cü il “Formula-1” Azərbaycan Qran-prisinə erkən bilet satışına bir gün öncə start verilib. Bilet satışının göstəriciləri bir sutkaya ötən ilə müqayisədə iki dəfə yüksək olmaqla son 6 mövsümün rekordunu vurub.
28-30 aprel tarixlərində paytaxt Bakıda 7-ci dəfə keçiriləcək mötəbər idman tədbirinə ilk biletlərin sahibi Böyük Britaniya vətəndaşıdır. Hazırki nəticəyə əsasən, azarkeşlər 23 fərqli ölkəni təmsil edir. İlk üçlükdə Böyük Britaniya, Azərbaycan və Türkiyə yer alır.