Dieqo Kosta Premyer Liqa klubuna keçə bilmir
07.09.2022 - 00:37
Dieqo Kostanın “Vulverhempton”a keçidində problem yaranıb.
Apasport.az saytının məlumatına görə, hücumçu İngiltərədə iş üçün icazə ala bilməyib.
Bu üzdən də onun keçidi baş tutmamağa yaxındır. Lakin Premyer Liqa klubunun rəhbərliyi bu durumla barışmaq istəmir. “Vulverhempton” qərarla bağlı apelyasiya verib.
Qeyd edək ki, son klubu “Atletiko Mineyro” olan Kosta bu il meydana çıxmayıb.
0
0