DÇ-2022: Mundialda ilk dəfə qadın hakimlər
19.05.2022 - 17:12
DÇ-2022: Mundialda ilk dəfə qadın hakimlər

Dünya çempionatları tarixində ilk dəfə final mərhələsində qadın hakimlər də təyinat alıb.

Apasport.az saytının məlumatına görə, bunu FİFA-nın mətbuat xidməti açıqlayıb.

Qətərdəki DÇ-2022-də ədaləti qoruyacaq referilər sırasında fransalı Stefani Frappar, ruandalı Salima Mukansanqa və yaponiyalı Yoşimi Yamaşita iştirak edəcək. Neuza Bek (Braziliya), Karen Dias Medina (Meksika) və Katrin Nesbitt (ABŞ) köməkçi hakim kimi mundiala gedəcək.

Qeyd edək ki, Qətərdə 36 baş hakim, 69 assistent və 24 videoassistent kimi fəaliyyət göstərəcək.
 

writer photo
Əlirza Əlirzalı
0