“Halandın hər kəsin gördüyü bir bacarığı var. O, komandamıza və futbolumuza çox şey qazandırır”.
Apasport.az saytının məlumatına görə, bunu “Mançester Siti”nin kapitanı İlkay Gündoğan deyib.
Almaniya yığmasının üzvü komanda yoldaşı Erlinq Halandla bağlı müsbət fikirlər səsləndirib: “Ən əsası onun vacib anları necə idarə etməsidir. Oyun günlərində və məşqdə onun xarakterini, münasibətini görürük. Məncə, bu, xüsusi bir şeydir. Erlinq çox təvazökardır. O, inanılmazdır, amma daha da yaxşılaşmaq üçün çox işi olduğunu bilir. Bu, Halandın “Qızıl top” şansını da artıracaq”.
Qeyd edək ki, Erlinq Haland yayda keçdiyi “Mançester Siti”nin heyətində bu mövsüm 14 oyunda 20 qol vurub, 3 məhsuldar ötürmə verib.