“Çelsi”nin hədəfi
02.11.2023 - 12:41
“Çelsi”nin hədəfi

İngiltərə Liqa kubokunun 1/8 finalında qələbə qazanan "Çelsi"nin turnirdəki hədəfi bəlli olub.

Apasport.az xəbər verir ki, bunu London klubunun baş məşqçisi Maurisio Poçettino açıqlayıb.

Argentinalı mütəxəssis komanda üçün bu mükafatın əhəmiyyətini vurğulayıb: “Anlamalıyıq ki, bu turnir bizim üçün vacibdir. Biz Avropa miqyaslı yarışlarda çıxış etmirik. Bu, bizim qələbə qazanmağımız üçün səbəb olmalıdır. Bu mükafatı qazanacağımıza inanıram”.

Qeyd edək ki, “zadəganlar”ın Liqa kubokundakı növbəti rəqibi “Nyukasl” olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0