Əmrah Çəlikəl: "Bu özü “Qarabağ”ın gəldiyi yerdən xəbər verir"
24.08.2022 - 14:20
Əmrah Çəlikəl: "Bu özü “Qarabağ”ın gəldiyi yerdən xəbər verir"

“Daha fərqli ab-havada bura gəlmək istərdik. Amma mümkün olmadı”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın direktoru Əmrah Çəlikəl “Liv Bona Dea Hospital”la imzalanan sponsorluq müqaviləsi zamanı deyib.

O, tədbirdə Çempionlar Liqasında qrupa çıxmamalarına üzüldüyünü bildirib: “Əslində buna üzülmək bir tərəfdən sevindiricidir. Çünki Azərbaycan klubu pley-offa qədər irəliləyir, lakin sonda Avropa Liqasına yollanır. Bu özü “Qarabağ”ın gəldiyi yerdən xəbər verir”.

Çəlikəl “Liv Bona Dea Hospital”la əməkdaşlıqdan da məmnunluğunu ifadə edib: “Klubumuza belə bir tələb gələndə çox sevindik. İdmana yatırım edən bir qurumla birlikdə olmaq bizi həyəcanlandırdı. Onlar bu işi peşəkar səviyyədə bilirlər. Biz də futbolçularımızın sağlamlığını belə güclü kluba əmanət etdiyimiz üçün xoşbəxtik”.

Hospitalın baş direktoru Taner Özbek isə buradakı sistemi inkişaf etdirmək istədiklərini bildirib: “İdmançının sağlamlığı ön plana çıxan klublarla əməkdaşlıq edirik. “Qarabağ”ın təmsil etdiyi dəyərlər və beynəlxalq arenadakı nəticələrindən xoşbəxtik. Onları dəstəkləyən qurum olaraq bu əməkdaşlıqdan məmnunluğumuzu bildiririk”.

Tədbirin sonunda hospital tərəfindən "Qarabağ"a simvolik hədiyyə təqdim edilib.

writer photo
Əlirza Əlirzalı
0