Kardoso qəzaya düşdü
06.04.2023 - 14:14
Kardoso qəzaya düşdü

Paraqvaylı futbolçu Oskar Kardoso avtomobil qəzasına düşüb.

Apasport.az saytı xəbər verir ki, vətənində “Libertad” klubunun şərəfini qoruyan 40 yaşlı hücumçunun idarə etdiyi “Toyota Land Cruiser”lə markalı avtomobil “Mercedes”lə toqquşub. 

“Trabzonspor” və “Olimpiakos”un sabiq futbolçusu həmin an qəzadan yayınmağa çalışsa da, bu dəfə ehtiyatsızlıqdan avtomobilini işıq dirəyinə çırpıb. Xəsarət alan olmasa da, avtomobillər sıradan çıxıb. 

writer photo
Əlirza Əlirzalı
0