Riçard Almeyda Braziliyaya qayıda bilər
01.04.2024 - 11:10
Riçard Almeyda Braziliyaya qayıda bilər

“Qarabağ”ın təcrübəli futbolçusu Riçard Almeyda mövsümün sonunda "Qarabağ"dan ayrıla bilər.

Apasport.az saytına verilən məlumata görə, braziliyalı futbolçu karyerasının sonunu vətənində keçirməyə yaxındır.

Belə ki, 35 yaşlı yarımmüdafiəçiyə Braziliya aşağı liqasında yarışan klublardan təkliflər var.

Millimizin üzvünün məhz Braziliyaya qayıdıb, orada daha bir il oynadıqdan sonra karyerasını başa vuracağı ehtimal edilir. 

Halbuki, Almeydanın mövsümün sonunda karyerasını başa vurduqdan sonra “Qarabağ”da çalışmağa başlayacağı variantı gündəmdə idi.

Qeyd edək ki, 35 yaşlı futbolçu “Santo Andre”, “Jil Visente”, “Astana”, “Baniyas”, “Zirə” klublarında oynayıb.

O, 2012-2018-ci illərdə “Qarabağ”da çıxış edib. 2021-ci ildə isə Ağdam klubuna yenidən qayıdıb.

writer photo
Əlirza Əlirzalı
0