“Fənərbaxça” və “Qalatasaray” yenidən eyni futbolçu uğrunda mübarizəyə qoşulublar.
Apasport.az xəbər verir ki, İstanbul nəhənglərinin hədəfindəki oyunçu Dortmund “Borussiya”sının türkəsilli futbolçusu Salih Özcandır.
Hələ yay transfer dövründə adıçəkilən komandalar Türkiyə millisinin də şərəfini qoruyan müdafiəyəmeyilli yarımmüdafiəçi üçün almanların qapısını döysələr də, mənfi cavab almışdılar. Xüsusilə yerli futbolçu olması və hər iki komandanın həmin mövqedə futbolçuya ehtiyac duyması klubları bir daha Dortmund təmsilçisi ilə danışıqlara başlamağa sövq edir. Hələlik almanların bu təklifə nə cavab verəcəyi bəlli deyil.
Qeyd edək ki, bu mövsüm 11 matçda 750 dəqiqə meydanda qalan Özcan qol və ya məhsuldar ötürmə hesabını aça bilməyib.