Fernandeş Salahla De Bruyneni arxada qoydu
05.09.2022 - 12:38
Fernandeş Salahla De Bruyneni arxada qoydu

“Mançester Yunayted”in futbolçusu Brunu Fernandeş Premyer Liqada növbəti assistinə imza atlb.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı yarımmüdafiəçi “Arsenal”la ev matçında (3:1) fərqlənib.

Bu, Fernandeşin Premyer Liqada 23-cü məhsuldar ötürməsidir. Onun İngiltərədə debüt etdiyi vaxtdan indiyə qədər olan dövrdə heç kim daha çox assistə imza atmayıb.

2020-ci il fevralın 1-dən sonrakı müddətdə Məhəmməd Salah (“Liverpul”) və Kevin de Bruyne (“Mançester Siti”) hərəyə 22 dəfə qol ötürməsi verib. Harri Keyn (“Tottenhem”) 21, “Mançester Siti” və “Arsenal” forması geyinən Qabriel Jezus 18 dəfə fərqlənib.

Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqada ardıcıl iki məğlubiyyətdən sonra 4-cü qələbəsini qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0