Superkubokda komanda sayı artırıldı
14.03.2023 - 16:28
Superkubokda komanda sayı artırıldı

İtaliya Superkubokunun reqlamentində dəyişiklik edilib. 

Apasport.az saytı xəbər verir ki, yarışda 2024-cü ildən 4 komanda mübarizə aparacaq.

Yeni formatda A Seriyasının ən yaxşı iki komandası və ölkə kubokunun finalçıları kubok uğrunda mübarizə aparacaq. 

Qarşıdakı dörd turnirin (2024, 2025, 2028 və 2029) Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılıb. 2026 və 2027-ci illərdə kubok oyunlarının hansı ölkələrdə təşkil olunacağı isə hələlik məlum deyil.

writer photo
Əlirza Əlirzalı
0