“Qarabağ”da Kadi Borqes kimi öhdəsindən gələ bilmədiyimiz futbolçu var idi”
12.08.2022 - 11:02
“Qarabağ”da Kadi Borqes kimi öhdəsindən gələ bilmədiyimiz futbolçu var idi”

“Bu sillə göstərdi ki, “Ferensvaroş”un Avropanın stabil orta səviyyəli komandasına çevrilməsi üçün hələ çox şey lazımdır”.

Apasport.az saytının məlumatına görə, bunu “Ferensvaroş”un sabiq müdafiəçisi Yanos Matyus Macarıstan klubunun Çempionlar Liqasının III təsnifat mərhələsində öz meydanında “Qarabağ”a 1:3 hesablı məğlubiyyətini dəyərləndirərkən deyib.

“Sopron”un baş məşqçisi Budapeştdəki qarşılaşmada Azərbaycan çempionunun üstün performans sərgilədiyini etiraf edib: “Əvvəlki mərhələdə “Ferensvaroş” evdə “Slovan”a uduzanda atmosfer qəbiristanlıq kimi idi. Ancaq “Qarabağ”la Bakıdakı heç-heçənin ardından hamı komandanın necə yaxşı çıxış etdiyindən danışırdı. Halbuki Azərbaycan çempionunun çox güclü olduğunu görürsən. “Qarabağ”, həqiqətən də, yaxşı komandadır. Hələ birinci görüşün ikinci hissəsində “Ferensvaroş”un vəziyyəti pisləşə bilərdi. Çünki rəqib onları açıq-aşkar üstələmişdi. Cavab qarşılaşmasına isə “Qarabağ” “Ferensvaroş”un illərdir evdə etdiyi kimi başladı. Bununla yanaşı, onlarda Kadi Borqes kimi öhdəsindən gələ bilmədiyimiz futbolçu var idi. Görüşün startından dərhal sonra problemlər olacağı ortaya çıxmışdı”.

Qeyd edək ki, Bakıdakı heş-heçənin (1:1) ardından səfərdə qalib gələn “Qarabağ” pley-off mərhələsində Çexiya təmsilçisi “Viktoriya” (Plzen) ilə qarşılaşacaq. “Ferensvaroş” isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

writer photo
Əlirza Əlirzalı
0